Friday, November 10, 2017


21 Fevral Dünya Ana Dili Günü

Bangladeş Faktoru 

Umud Düzgün
www.durna.net on February  01, 2006 

 

1999 inci ilin Noyabr ayında UNESCO-nın ümumi konfransında 21 Fevral Dünya Ana Dili günü elan olundu.(International Mother Language Day). UNESCO-nin verdiyi məlumata görə halı hazırda dünyada, yaxlaşiq 6000 dildə danışılır. Bu dillərin təqribən yarısı (50%) ölüb, aradan getmə halındadır. Belə bir durumda, bəşəriyyətin çox dilli və çox kültürlü və bərabər haqlı yaşamı üçün , ana dilini qorumaq  böyük əhəmiyyət daşıyır. 

Bu istiqamətdə, mədəniyyətə sahib olan sivil ölkələrdə ana dilində danışıb, yazıb və oxumaq, təbii və ilkin bir haqq tanınır. Yalnız bəzi sivilsiz və mədəniyyətdən qafil olan İran kimi ölkələrdə,  bir dilin üstün tutulması  başqa dillərin qadağan və məhv olmasına səbəb olur və milli sitəmi yaradır.  Beləliklə, ana dili yasaq olan millətin; kimliyi, kültüri, iqtisadi və siyasi varlığı xətərə düşür. Təbii ki milli sitəmə məruz qalan millətlər heç vaxt sakit oturmurlar və şovinizmə qarşı davamlı mübarizə aparırlar. Bu mübarizələrdən biri Urdu şovinizminin əleyhinə qalxan Bangladeş Dil Hərəkəti dir. Bu 5 il surən hərəkət 21 Fevral 1952 de Urdu şovinizminə qalib gəldi. Bu tarixi zəfərin prosesləri Azərbaycan milli hərəkətlə fərqli olursada, mahiyyətcə  aynı xarakteri daşıyır. Bu müştərək mahiyyəti dərk etmək üçün  Bangladeş hərəkətinin necə başverməsinə nəzər salmalıyıq.

 İngiltərə əsarətindən qurtulan böyük Pakistan (qərbi və şərqi) Federal sistemini bərpa etdi. Hakimiyyətdə gücə sahib olan Urdu dilli məqamlar, millətə müraciət etmədən ölkənin 6% camaatını təşkil edən Urdu xalqının dilini ölkənin milli dili və dövlətin rəsmi dili elan edirlər! Halbuki, ölkədə əksəriyyətdə olan 54% Bəngal milləti və Bəngali dili hesaba qoymurlar!  Bangal millətini “qovm” və bəngali dili  “məhəlli” dil adlandırdılar. Bəngali dil qeyri rəsmi, məhlli adlandı və təhqir olundu, amma bu ziddi insani təhqirə Bəngal milləti baş əymədilər. Elə birinci gündən ayağa qalxdılar və bu şovinisti əməlin qarşısında 5 il dayanıb, mübarizə apardılar. Ana dillərini göz bəbəyi kimi qorumaqda bir an etirazdan əl çəkmirlər, haqlarını almaq üçün əziz canlarında fəda edirlər.

Dil hərəkətinin himasəli 21 Fevral günü Dhaka şəhərində böyük bir etiraz aksiyası bərpa olundu.  Pakistanın Federal Polisi bu milli insani hərəkəti boğmaq uçun top tüfəngə əl atıb, yüzlər insani öldürüb və yaraladırır. Bu qanlı hadisə Bəngal millətini  bir daha  birləşdirir, etirazlar və e`tisablar ölkəni fələc edir. Nəhayət hakimiyyətdə olan Urdu şovinistləri, el gücünə təslim olurlar və Pakistan parçalanmasın diyə öz şovinisti və rasisti siyasətlərindən bir az dal çəkilib Bəngali dili, Urdu dili ilə bərabər ölkənin rəsmi dili elan edirlər. Zahirdə məsələ həll olub bitmiş, amma batində milli hərəkət daha da güclü davam edir 

Əslində, Bəngal millətinin mübarizəsi yalnız dil məsələsində məhdud olmur, iqtisadi, nizami və siyasi mübarizə 19 il davam edir. Nəhayət silahlı savaş nəticəsində 1971 de Bangal milləti Urdu şovinizminin silahlı qüvvələrinə qələbə edir, öz siyasi varlığına malik olub, öz müqəddəratını təyin edir, müstəqil dövlətini qurur, Pakistandan ayrılmağa qərar verir və Bəngladeşin istiqlalını rəsmən elan edir. Bir neçə günün ərzində dünyanın tamam ölkələri bir bə bir bu yeni ölkəni rəsmiyyətə tanıyırlar. Nəhayət Keraçı-Pakistan dövləti də məcbur qalır Bangladeşi rəsmiyyətə tanıyır.

Ayıq Ellər (Ümüd Düzgün)

Feb 01, 2006  Los Angeles

Qaynaq:

www.unesco.org

www.virtualbangladesh.com/history  
  

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home