Tuesday, November 19, 2024

 



سۇال؛

خایین لرله، نئجه داورانمالی‌ییق؟ بۇنلارین حؤکمو نه‌دیر؟

جاواب: 

عزیز دوْست،

منجه دۆنیا و اؤلکه قانونلاری، عالی محکمه قرار وئرمه‌لی دیر.

اما توْپلوم و شخص اوْلاراق یاناشمالار فرقلی اوْلور.

من بیلنه گؤره، گۆنئی آذربایجاندا، عمومییتده بیزیم توْپلوم کئچن ۱۲۰ ایلده هئچ بیر خایی‌نین گؤزونو ده بئله پۆله‌مه‌ییب. شخص اوْلاراق من خایی‌نین سیاسی خطّینی دلیل و سند ایله ایفشا ائدرم و اوْنی قینارام.

البته بو حاقدا رئاکسی‌یالار مۆختلیف اوْلوب:

1- آددی جاماعات بیر آز عصبلنیب اۆستوندن کئچیبلر. 

2- ضیالیلاریمیزین تکه تۆکو مدنی اعتیراض و تنقید ائدیب، عملی بیر حرکت ائده بیلمه‌ییب، چاره‌سیز قالیبلر.

3- بعضی اؤزلرینی ضیالی بیلن و چوخ کیتاب اوْخویانلاریمیز، دئییبلر کی : اوْدا اوْنین (اوْ خایی‌نین) نظریدی، هئر کس آزاد دیر اؤز فیکرینی دئسین.(البتده منجه؛ نظر ایله غرزین فرقی چوخ دی).

4- به'ذی عادینی ضیالی قوْیان و چوخ کیتاب اوْخویانلار اوْ خایین حاقیندا، اوْ(خایین آدام) حیاتدا اوْلارکن اؤزلرینی بیلمه‌مزلی‌یه ویریب،

سسلرینی چؽخارمازلار! اما اوْ خایین اؤلندن سوْنرا، باشلارلار اؤزلریندن حکایه چؽخارماغا و مالا چکمه‌یه، اوْ خایینه به'رائت قازاندیرماقا (بیزیم اوْ قوْجا درویش کیمی) مثلاً:

" ...هه من سید حسن تاغیزاده-نی(۱۸۷۸-۱۹۷۰) ۹۳ یاشیندا، بیر-ایکی آی اؤلمه‌دن قاباق تبریزده رحمتلیک داییم ایله، ائوینده گؤردوم، اوْ اؤز سهویندن پئشمان اوْلموشدو، من اؤزوم اوْنون [اوْ خایی‌نین] آغلاماغی‌نین و گؤز یاشلاری‌نین شاهیدی اوْلموشام، اوْ آذربایجانی و تۆرک دیلینی چوخ سئویردی!"

نتیجه:

5- بیزیم میلّتی اوْ قدر آسیمیله ائدیبلر کی، اوْ نوْرمال و اۇنیوئرسال رئاکسی‌یالار دان اؤزاق لاشدیریبلار. تخمیناً دئمک اوْلارکی، میلّتیمیزی؛ حاقسیزلیغا، میلّی ظۆلمه، توْهین- تحقیره عادت وئریبلر. گۆیا مانقورتلاری، ساتقینلاری و خایینلری تحمّول ائدیب، اوْنلارا توْلئرانس گؤسترمه‌لی‌ییک!

البته، میلّی حرکاتیمیزین گئدیشاتی بو آجیناجاقلی وضعیتی گۆن به گۆن دییشدیرمکده دیر.

اۇمود دۆزگون

11-18-۲۰۲


Sual;

Xayininlərlə, necə davranmalıyıq? Bunların hökmu nədir?

Cavab:


Eziz dost,

Məncə dünya və ölkə qanunlari, məhkəmə qərar verməli dir.

Amma toplum və şəxs olaraq yanaşmalar fərqli olur.

Mən bilənə görə,Güney Azərbaycanda, bizim toplum keçən 120 ildə heç bir xayinin gözünü də bələ püləməyib. Şəx olaraq mən xayinin siyasi xəttini dəlil və sənəd ilə ifşa edərəm və oni qinaram.

Əlbətə reaksiyalar müxtəlif olub:

1- Addi camaat bir az əsəblənib üstündən keçiblər. 

2- Ziyalılarımızın təkə tükü mədəni etiraz və tənqid edib, əməli bir hərəkət edə bilməyib, çarəsiz qaliblər.

3- Bə'zi özlərini ziyali bilən və çox kitab oxuyanlarimiz, deyiblər ki : oda onin (o xayinin) nəzəridi, her kəs azad dir öz fikrini desin.(əlbətdə məncə; nəzər ilə ğərəzin fərqi çox di).

4- Bə'zi adini ziyali qoyan və çox kitab oxuyanlar o xayin haqinda, o(xayin adam) həyatda olarkən özlərini bilməməzliyə virarlar və

səslərini çıxarmazlar! Amma o xayin öləndən sonra, başlarlar özlərindən hekayə çıxarmağa və mala çəkməyə,  o xayinə bə'raət qazandirmaqa (bizim o qoca dərviş kimi) məsələn:

" ...hə mən Seyd Həsən Tağızadə-ni(1878-1970) 93 yaşinda, bir-iki ay ölmədən qabaq Təbrizdə rəhmətlik dayım ilə, evində gördüm, o öz səhvindən peşman olmüşdü, mən özüm onun [o xayinin] ağlamağinin və göz yaşlarının şahidi olmuşam, o Azərbaycani və türk dilini çox sevirdi!"

Nəticə: 

5- Bizim milləti o qədər asimilə ediblər ki, o normal və universal reaksiyalar dan özaq laşdiriblar. Təxminən demək olarki, millətimizi; haqsızlığa, milli zülmə, tohin- təhqirə adət veriblər. Güya manqurtlari, satqınlari və xayinləri təhəmmül edib, onlara tolerans göstərməliyik! 

Əlbəttə, Milli hərəkatımızın gedişatı bu acınacaqlı vəziyyəti gün bə gün dəyişdirməkdə dir.

Umud Düzgün 

11-18-2024

........................................................................................................................................................................

 خایین کیم دیر؟ 

خایینین حوکمو نه دیر؟

انصافعلی هدایت


دوستلار! بو ناخلف تورک، آزربایجان و تبریز ضیدلی خایینی آختاریب تاپمالی، آبریسین آپارمالی دیر. تبریزی، اونا دار اتمه لی دیر.

 بونا تای ضیددی خالق، ضیددی وطن، ضیددی میللت سرمایادارلار، آزربایجانلی تورک خالقیمیزین دوشمانی دیرلار.

منجه، هر کیم کی دوشمان دور، اونا رحم گرکمز.

بئله خایین لر، بونا گورا کی دوشمانا داها یاخین اولسون و اوز میللتینین سسین کسسین، "من تبریزلی یم دئییر. ایله بیل کی تبریزلی اولاندا، حاققی وار تورکون، آزربایجانین و توم تبریزین، هم طرفیندن دانیشسن، همده تورکو، آزربایجانی و تبریزی آشاغالایئب، تورک و تبریز آدی ایله تورکون، آزربایجانین و تبریز اینسانینین میللی حاقلاری ایله دوشمانلیق اتسین. هئش کیمین بئله بیر حاققی یوخ دور و اولمامالی دیر. بو و بونا تای یالتاقلار، خایین دیرلر. چون اوز میللت لرین، دوشمانا ازدیریر کی اوزونه فایدا گوتورسون تاکی ثروتلر رینه، ثروت قاتسینلار. 

منیم دوچون خایین لرین حوکمو بللی دیر آمما هر کسدن سوروشورام:

 بونلا، و بونا تای آداملارلا نئجه داورانمالییق؟ بونلارین حوکمو نه دیر؟

انصافعلی هدایت

11/17/2024

Wednesday, June 26, 2024

Read more.... آردینی اوخو

Saturday, November 25, 2023

 


Kimlər Mill Hərəkəti qeyri siyasiləşdirmək istəyirlər?

Umud Düzgün



İran Fars faşist sistemində Azərbaycan türk oşaqının ləhcə dərman etmə videosunon ortaya çıxması təsadüfi bir hadisə dəyir. Bu fenomen yeni də deyil; bunun uzun tarixi vardır. Milli hərəkəti qeyri siyasiləşdirmək projəsi 75 il qabaq başlanıb dir.

Bütünlükdə siyasi və demokratik bir dövlətçiliyimiz yanliz Milli hökumət idi. O dövlət yıxılandan sonra və şəhid Pişəvərinin də öldürüldüyün dənsonra, Todə Hizbi Azərbaycan Demokrat Firqəsini öz kontrolu altina alir. Çeşidli yollarla Güney Azərbaiycanda milli hərəkəti dayandırmaqa çalışır. Öncə Fars faşist ordusunun 25-30 min günahsiz Azərbaycanlının genosidini və vətənimizin işqal edilməsini ört-basdır etdilər. Sonra bu iki şüari: "sitəme milli və rəfe təbeiz" (milli zülm və ayri seçkiliyi aradan qaldirma)-ni ortaya atmaqla Guney Azərbaiycan da milli hərəkəti qeyri siyasiləşdirmək lə, kulturəl məsələləyə çevirməyə çalişdilar. 

Keçən 34 ildə yeni milli hərəkətinin içinə sızan Todə Hizbilə Fedaei lərin qalintilari eyni uydurucu " sitəme milli  və rəfe təbeiz" şüarlarla məşğul dirlar.

Dil məsələsinə gəldikdə elə həmən adamlar çalişiblar, dil məsələsini qeyri siyasiləşdirsinlər. Oşaq hüqüqü və oşaq psixoloji səviyyəsində məhdudlaşdırma və hər bir ölkədə olduğu normal bir xəstəlik kimi yanaşmaq! və s... Halbuki dil məsələsi və türk dilimizin azad qullanmasi, İran adlı ölkədə tamamilə bir siyasi məsələdir. 

Əlbətdə bu irqçi və təhqir edici süjet birinci dəfə deyil, keçmiş dövrlərdə çeşidli adlarla: " ləhcəsiz müəlimlər, 3- 4 yaşli Türk oşaqlarına fars dili yetərliliyi sınağından keçirməsi" eləcədə sosial mediada: "Tək dilli-yə yox" Ana dilini örənmək ya Ana dilində örənmək" səfsəstə bazliğlari və s. Qeyri siyasiləştirmə təkcə dil məsələsində deyil, bütövlükdə Urmu gülünün öldürülməsi, yer alti və yer üstü sərvətlərimizin talan olması və sair fəlakətlərə də şamildir.

Aydındır ki hamısının amaci birdi, oda milli hərəkəti qeyri siyasiləşdirmək dir. Əlbətə heç fərq etməz, bu işi rejim görə ya bizim asimilə olmuşlar və ya satqinlar.

Taktiki olark, mill siyasi söyləmin caydırılmasına və uydurulmasına yol vermək də hamimizin qusurumuz olub və yetəri qədər milli müstəqill süyləmi qoruya bilməmişik. Bu yolda ciddi yanaşmamız gərəkir. Bütün sadiq milli siyasi fəallar məsuliyyət daşımalıdır və daha diqqətli olmalidir lar.

E'tiraf etməliyik ki, teori sahədə yetərincə işləyə bilməmişik və sağlam milli düşüncə və teoriləri millətimizə çatdıra bilməmişik. Bu zəifliyi bəzi soydaşlarımızın səthi analizlərində görürük.

Nəzərdə almaliyiq ki, Güney Azərbaycan Milli Hərəkətini qeyri siyasiləşdirmə də, fərqli miqyasda bu 3 mərkəzin də rolu olub, indidə vardir.: Tehran- Ankara- Baki !

Oct/06/2023



Tuesday, November 7, 2023

 کیملر میللی حرکتی غئیری سیاسی لشدیرمک ایسته‌ ییرلر؟

اومود  دوزگون



ایران فارس فاشیست سیستئمینده آزربایجان تۆرک اوُشاغی‌نین لهجه درمان ائتمه ویدئوسونون اوْرتایا چیخماسی تصادوفی بیر حادثه دئییل. بو فئنومئن یئنی ده دئییل؛ بونون اۇزون تاریخی وار دیر. میللی حرکتی غئیری سیاسیلشدیرمک پروژه‌سی ۷۵ ایل اؤنجه‌دن باشلانیبدیر.

بوتون لوکده سیاسی و دئموکراتیک بیر دؤولتچیلیگیمیز یالنیز میللی حؤکومت ایدی. او دؤلت ییخیلاندان سوْنرا و شهید پیشه‌ورینین ده اوْلدورولدویوندن سوْنرا، توده  حیزبی آزربایجان دمکرات فیرقه سینی اؤز کوْنترولو آلتینا آلیر. چئشیدلی یوْللارلا گۆنئی آزربایجاندا میللی حرکتی دایاندیرماغا چالیشیر. اؤنجه فارس فاشیست اوْردوسونون 25 - ۳۰ مین گۆناهسیز آزربایجانلینی قتل عامینی و وطنیمیزین ایشغال ائدیلمه‌سینی اؤرت-باستیر ائتدیلر. سوْنرا بو ایکی شۆعاری: 

«ستم ملی و رفع تبعیض»-ی اوْرتایا آتماقلا گۇنئی آزربایجاندا میللی حرکتی غئیری سیاسیلشدیرمک‌له کۇلتورل مسئله‌یه چئویرمه‌یه چالیشدیلار.

کئچن 34 ایلده یئنی میللی حرکتی‌نین ایچینه سیزان توْده حزبی له فدایی‌لرین قالینتیلاری عینی اۇیدوروجو «ستم ملی و رفع تبعیض» شۆعاری لا مشغول دورلار.

دیل مسئله‌سینه گلدیکده، ائله همن آداملار چالیشیبلار، دیل مسئله‌سینی غئیری سیاسیلشدیرسینلر. اوْشاق حقوقو ایله اوْشاق پسیخولوژی سوییه‌سینده محدودلاشدیرما و هر بیر اؤلکه‌ده اوْلدوغو نوْرمال بیر خسته‌لیک کیمی یاناشماق! و سایره... حالبوکی دیل مسئله سی و تورک دیلیمیزین آزاد قولانماسی، ایران آدلی اولکه ده تامامیله بیر سیاسی مسئله‌ دیر.

البته بو عیرقچی و تحقیر ائدیجی سوژئتلر بیرینجی دفعه دئییل؛ کئچمیش دؤرلرلده ده چئشیدلی آدلارلا: « لهجه‌سیز موعلیم‌لر، ۳-۴ یاشلی تۆرک اوْشاقلاریلا فارس دیلی یئترلیلیگی‌ سیناغیندان کئچیریلمه‌سی» (تست بسندگی فارسی) ائله‌جه ده سانال اورتاملاردا : «تک دیللی‌لی-یه یوْخ» (نه به تک زبانی) آنا دیلینی اؤیرنمک یا آنا دیلینده اؤیرتیم گورمک» (آموزش زبان مادری یا آموزش بزبان مادری) سفسسطه بازلیق لاری و..." آز اولماییب. غئیری سیاسیلشتیرمه تکجه دیل مسئله‌سینده دئییل، بۆتؤولوکده اۇرمو گۆلونون اؤلدورولمه‌سی، یئر آلتی و یئر اۆستو ثروتلریمیزین تالان اوْلماسی و سایر فلاکتلره ده شامیلدیر.

آیدیندیر کی، بونلارین هامیسی نین آماجی بیردیر؛ اوْ دا میللی حرکتی غئیری سیاسیلشدیرمک دیر. البته هئچ فرق ائتمز بو ایشی رئژیم گؤره یا بیزیم آسیمیله اوْلموشلار ویا ساتقینلار. 

تاکتیکی اوْلاراق، میللی سیاسی سؤیلمین جایدیریلماسینا و اۇیدورولماسینا یوْل وئرمک ده هامیمیزین قصوری اولوب و یئتری قدر میللی مستقیل سؤیلمی قورویا بیلمه میشیک. بو یوْلدا جیددی یاناشمامیز گره کیر. بوتون صادق میللی- سیاسی فعاللار مسئولیت داشیمالی و داها دیقتلی اوْلمالیدیرلار.

اعتراف ائتمه لیییک کی، تئوری ساحه‌سینده یئتری قدر ایشله‌ یه بیلمه میشیک و ساغلام ملی دوشونجه و تئوریلری میللتیمیزه چاتدیرا بیلمه میشیک. بو ضعیف لیگی‌ بعضی سویداشلاریمیزین سطحی آنالیزلرینده گوروروک. 

نظرده آلمالییق کی، گونئی آزربایجان میللی حرکتینی غئیری سیاسی لشدیرمه ده، فرقلی میقیاسدا بو ۳ مرکزینده رولو اولوب، ینه ده دا واردی: تهران- آنکارا- باکی!

۱۴-ابان- ۱۴۰۲


 

 



Sunday, September 17, 2023

Nədən 2022 Sentyabr qiyamının il dönəmində fars faşist quruplarının çağrişlarina qatılmamaliyiq 

Umud Düzgün

  



Müraciət 

Əziz həmvətənlər 

Keçən ildə başverən böyük etirazlarin ildönümü ərəfəsindəyik. Qadinlarin öncüllük ilə iran adlı ölkədə yaşayan bütün millətləin o cümlədən Güney Azərbaycan türk millətinin iştiraki lə fars faşist rejiminə qarşı üsyan və qiyamın şahidi olmüşdiq. Bir haldaki, bu qiyam gedirdi inqilabla çevrilə, təsüflə bir tərəfdən qəddar rejiminin vəhşicəsinə basqıları və o birilərdən fars faşist təffəkurlu opzosiyun və başda Səltənətçilər, Riza Pəhləvinin təxrib karekterli davranışları və qiyamı öz adına müsadirə etməsi, səbəb oldu millətlərin və siyasi quruplarin arasında ixtilaflar və təzadlar ortaya çıxıb neçə dəstəlik yarana; bununlada rejim bacardı bir neçə ayın içində bu qiyamı qanaçəkib dayandira.

Bu qiyamda Güney Azərbaycan millətinin payı çox olmasaydı az da deyildi. Onlar şəhid, yaralı və minlər tutulanlarimiz oldu.

Fars faşist və şiubiyəçi təffəkurlu medialar, Azərbaycan milli hərəkətinin gücündən, müstəqil hərəkət etməsindən və fars faşist müxalifət quruplarının çətiri altina getməməsi qorxusundan, Azərbaycan türklərinə ayid olan etiraz nümayişlərinin xəbərlərini boykota vəya təhrif edib öz adlarına yazib mənimsəyirdilər. Bizim rəşadətli şəhidlərimizin məzlumluğunu kölgə altina salmaları bir daha göstərdiki, fars faşist rejimi və müxalifəti müştərək bir nöqtədə birləşirlər, oda Türklərilə düşmənçilikləri dir.

Görünür milli mənafe və milli maraqlara gələndə, Türklərlə farsların təzadlı mənafe və məqsədləri var. Çünki biz təkcə rejim dəyişmək yox, bəlkə həm rejim dəyişmək və həmdə 100 illik fars faşist sistemi dəyişmək istəyirik. Ona görə Iran adlanan ölkədə Azərbaycan türk millətinin qarşısında duran yalnız rejim yox, bəlkə fars müxalifəti və bütövlükdə Iran mərkəzli fars- şiubiyəçi təffəkur və sistemi dayanır. Bu ırqiçi-faşisti təffəkur, "Azerbaijan mərkəzli türk düşüncə sistemi"lə təzadda dir

Bu arada bəzi assimilyasiya təsiri altında qalan İran mərkəzli düşünən Azərbaycan kökənli "iran-can cani" cahillər və manqurtlar varki, solçi adina cahan vətəni və sağçı adina iran vətəni, Azərbaycan vətən anlayişini dərk etməyənlər, milli hərəkətimizin içinə sizmişlar. 

Gah federalism adina, gah iran türk eli adina, gahda reyal polotik adina Azərbaycan türk millətinin and içmiş düşmanlari olan Səltənət-çilər, terorist fars Mücahidləri və terorist kurd quruplarilə iş birliyinə girirlər, milli şuarlarimizi dəyişib, fars və kurd lehinə çevirdilər. Azərbaycan oyaqdır, kimliyinə dayaqdir, şuarini... Xameneiyi yə, kurdistana, farsistana dayaqdır kimi diyə, təhrif edib və milləti meydanlardan qaçırmağa səbə olublar.

Xoşbəxtliklə öndə gedən millətçilər, ön cəbhədə(xətti müqəddəmdə)olan fədakar qəhrəmanlarımız heç vaxt meydani boş qoymadılar. O neçə nəfər parazitlərin fitnəsini nötfədə boğdular.Azərbaycan milli hərəkətinin müstəqil tutumunu və mübarizəsini meydanlarda möhkəm qurudular.

Əziz yurd daşlar 

Önümüzdəki 25 şhrivər 1402/2023 September 16-sina, müxtəlif fars quruplari tərəfindən o cümlədən Səltənət-çilər, Riza Pəhlivi və başka zidde türklər, xaricdən, daxilə çağriş veriblər. Sual budurki: 

Azərbaycan milli hərəkətinin bu çağırışlarla  ilgili tutumu nə olmalidir? 

Bu sualın cavabında bir milli siyasi fəal kimi deməliyəm ki, biz keçən aci təcrübələri nəzərdə alaraq, fars faşist müxalifətinin çağırışına qoşulmamaliyiq.

Biz özgə çirağina yağ olmamalıyıq,

Yetər! 

Biz öz şəhidlərimizin il dönəmində, şəhid Hədis Nəcəfi, Dr.Aylar Həqqi, Əsra Pənah,Nəsim və sayir şəhidlərimizin əzizləmə mərasimlərində iştirak etməliyik. 

Millətimiz bacardığı qədər meydanlarda olmalidir. Öz milli şuarlarimizi öz ana dilimizdə verməliyik.

Azadliq, Ədalət, Milli hökumət. 

Rəd olsun diktatur. 

Rəd olsun faşizm. 

Yaşasin Azərbaycan.


Umud Düzgün 

2023 September 22

Saturday, September 16, 2023


 

نه‌دن ۱۴۰۱ شهریور قیامی نین ایلدونوموینده فارس فاشیست گروپلارینین چاغیرشلارینا قاتیلامامالییق

اومود  دوْزگوْن

 


 موْراجیعت:

عزیز هموطنلر

کئچن ایلده باش وئره ن بؤیوک اعتیراضلارین ایلدؤنومو عرفه سینده ییک. قادینلارین اؤنجوللوکو ایله ایران آدلی اؤلکه‌ده یاشایان بوتون میلّتلرین اوْ ج‍ۆمله‌دن گۆنئی آزربایجان تۆرک میلّتی‌نین ایشتیراکی ایله فارس فاشیست رئژیمینه قارشی عۇصیان و قیامین شاهیدی اوْلموشدوق. بیر حالدا کی، بو قیام گئدیردی اینقیلابلا چئوریله، تاسفله بیر طرفدن قدّار رئژیمین وحشیجه‌سینه باسقیلاری و اوْ بیری طرفدن فارس فاشیست تفکورلو اوْپوزیسییون و باشدا سلطنتچیلر، رضا پهلوی‌نین تخریب کارئکتئرلی داورانیشلاری و قیامی اؤز آدینا مُصادیره ائتمه‌سی، باعث اوْلدو میلّتلرین و سیاسی قۇروپلارین آراسیندا ایختیلافلار و تضادلار اوْرتایا چؽخیب نئچه دسته‌لیک یارانا؛ بونونلا دا رئژیم باجاردی بیر نئچه آیین ایچینده بو قیامی قانا چکیب دایاندیرا.

 بو قیامدا گۆنئی آزربایجان میلّتی‌نین پایی چوخ اوْلماسایدی دا،  آز دا دئییلدی. اوْنلار شهید، یارالی و یوزلرجه تۇتولانلاریمیز اوْلموشدو.

فارس فاشیست و شعوبیه چی تفکورلو مئدیالار، آزربایجان میلّی حرکتی‌نین گۆجوندن و مۆستقیل حرکت ائتمه‌سی و فارس فاشیست اوْپوزیسییون قۇروپلاری‌نین چتری‌نین آلتینا گئتمه‌مه‌سی قورخوسوندان، آزربایجان تۆرکلرینه عاید اوْلان تظاهوراتلارین خبرلرینی بایکوت ویا تحریف ائدیب اؤز آدلارینا یازیب منیمسه‌ییردیلر. بیزیم رشادتلی شهیدلریمیزین مظلوملوغونو کؤلگه آلتینا سالمالاری بیر داها گؤستردی کی، فارس فاشیست رئژیمی  و اوپوزیسییونونو مۆشترک بیر نۆقطه‌ده بیرلشیرلر، او دا تورکلرله دوشمنچیلیکلری دیر.

گورونور میلّی منافع و میلّی ماراقلارا گلنده تۆرکلر له فارسلارین تضادلی منافع و مقصدلری واردیر. چۆنکو بیز تکجه رئژیم دَییشمک یوْخ، بلکه هم رئژیم دَییشمک و هم ده ۱۰۰ ایللیک فارس فاشیست سیستمینی دَییشمک ایسته‌ییریک. اوْنا گؤره  ده اؽران آدلانان اؤلکه‌ده آزربایجان تۆرک میلّتی‌نین قارشی‌سیندا دۇران یالنیز رئژیم یوْخ، بلکه فارس اوْپوزیسییونی و بۆتؤولوکده اؽران مرکزلی فارس-شعوبیه چی تفکور و سیستمی دایانیر. بو عیرقچی- فاشیستی تفکور؛ « آزربایجان مرکزلی تۆرک دۆشونجه سیستئمی» ایله تضاددا دیر.

بو آرادا بعضی آسسیمیلاسییا تأثیری آلتیندا قالان ایران مرکزلی دۆشونن؛ آزربایجان کؤکنلی، اوزونو ایران-جانجانی بیلن جاهیل‌لر و مانقورتلار وار کی، سوْلچی آدینا جاهان وطنی و ساغچی آدینا ایران وطنی، آزربایجان وطن آنلاییشینی درک ائتمه ینلر، میلّی حرکتیمیزین ایچینه سیزمیشلار. 

 گاه فئدرالیسم آدینا، گاه ایران تورک ائلی آدینا، گاهدا رئیال پوْلوتیک آدینا، آزربایجان تۆرک میلّتی‌نین آند ایچمیش دۆشمانلاری اوْلان سلطنت-طلبلر، تئروریست فارس مۆجاهیدلری و تئروریست کۇرد قۇروپلاری ایله ایش بیرلیگینه گیریرلر، میلّی شُعارلاریمیزی دَییشیب، فارس و کۇرد لَهینه چئویریرلر. آزربایجان اوْیاق دیر، کیملیگینه دایاق دیر؛ شُعارینی... خامنئه ییه، کۇردیستانا، فارسیستانا دایاق دیر کیمی دئیه، تحریف ائدیب و میلّتی مئیدانلاردان قاچیرماغا سبب اوْلوبلار.

خوْشبختلیکله اؤنده گئدن میلّتچیلر، اؤن جبهه‌ده(خطّی مقدّمده) اوْلان فداکار قهرمانلاریمیز هئچ واخت مئیدانی بوْش قوْیمادیلار. اوْ نئچه نفر پارازیتلرین فیتنه‌‌سینی نۆطفه‌ده بوْغدولار. آزربایجان میلّی حرکتی‌نین مۆستقیل تۇتومونو و مۆباریزه‌سینی مئیدانلاردا مؤحکم قۇرودولار.

عزیز هموتنلر

اؤنوموزده‌کی 25 شهریور ۱۴۰۲/سئپتئمبئرین 16 سینا مۆختلیف فارس قۇروپلاری طرفیندن اوْ ج‍ۆمله‌دن سلطنت-طلب، رضا پهلوی و باشقا ضدّ تۆرکلر خاریجدن، داخیله چاغیریش وئریبلر. سۇال بۇدورکی: 

آزربایجان میلّی حرکتی‌نین بو چاغریشلار لا ایلگیلی تۇتومو نه اوْلمالیدیر؟

بو سۇالین جاوابیندا بیر میلّی سیاسی فعّال کیمی دئمه‌لی‌یم کی: بیز کئچن آجی تجروبه‌لری نظره آلاراق، فارس فاشیست اوْپوزیسییونون چاغیریشینا قوْشولمامالی‌ییق!

 بیز اؤزگه چیراغینا یاغ اوْلمامالی‌ییق!

یئتر!

بیز اؤز شهیدلریمیزین ایل دؤنمونده، شهید حدیث نجفی، دؤکتور آیلار حقی، اسرا پناهی، نسیم و ساییر شهیدلریمیزین عزیزله مه مراسیملرینده ایشتیراک ائتمه‌لی‌ییک. 

میلّتیمیز باجاردیغی قدر مئیدانلاردا اوْلمالیدیر. اؤز میلّی شُعارلاریمیزی اؤز آنا دیلیمیزده سسلندیرمه‌لی‌ییک. 

آزادلیق، عدالت، میلّی حؤکومت.

رد اوْلسون دیکتاتور!

رد اوْلسون فاشیزم!

یاشاسین آزربایجان!


اومود  دوْزگوْن

۲۲ شهریور ۱۴۰۲

 

Thursday, March 16, 2023


İran rejimi Urmu gölünü öldürməkdədir

Umud Düzgün 
 (Bu yazi əvvəl inglis dilində yazilib dır.)

 

Image result for Lake Urmia

Son elmi araşdırmalara görə, bəşəriyyətin doğulduğu yer sayılan əfsanəvi Cənnət bağının Cənubi Azərbaycanda, Təbriz şəhəri yaxınlığında yerləşdiyi müəyyən edilib. İngilis arxeoloqu Devid Maykl Rollun fikrincə, insan yarandığı zaman Cənnət bağı Təbriz yaxınlığındakı Səhənd vulkanının şimalına baxan uzun vadinin yaxınlığında yerləşirdi. Adəm və Həvvanın ayaq izlərindən çox da uzaq olmayan bir yerdə (50 km) Urmu gölü var ki, o, qlobal iqlim dəyişikliyinə görə deyil, İranda hakim fars azlıq müstəmləkə rejiminin qəsdən yaratdığı problemlərə görə ölür.

Dünyanın ən böyük daimi hiper şoran göllərindən biri olan Urmu gölü Cənubi Azərbaycanın göbəyində yerləşir və mərkəzi Amerikadakı Yuta duzlu gölündən bir qədər böyükdür. Suyun səviyyəsinin yüksək olduğu dövrlərdə gölün eni şərqdən qərbə 56 km, şimaldan cənuba isə 144 km uzunluğunda olmuşdur. Bu göl beynəlxalq əhəmiyyətli su-bataqlıq ərazisi kimi qeydə alınmışdır (1971) və YUNESKO-nun Biosfer Qoruğundan biri kimi təyin edilmişdir (1976). Urmu gölü nadir növlərdən biri olan artemiyalara, ördəklərə, flaminqolara və bir çox köçəri quşların mövsümi yaşayış yerinin mərkəzi olmuşdur. Həmçinin Urmu gölü turistlər üçün məşhur yer idi.

Son zamanlar (2012-14) Urmu gölü tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Güney Azərbaycan xalqı bu ekoloji fəlakətin səbəbini İranın Fars azlıq müstəmləkə rejimi hesab edir. Bunun əsas səbəbi irqçi panfarsizm ideyasından qaynaqlanan rejimin böyük səviyyədə gizli və düşünülmüş siyasətini qəbul etməsidir. Əsasən Rza Mir Pənc hakimiyyətə gəldikdən sonra (1923), bu bölgənin tədricən dağıdılması Azərbaycan xalqının türk kimliyinin inkar edilməsi və türk dilinin qadağan edilməsi və milli sərvətlərin talan edilməsi ilə başlanmışdır. Təəssüf ki, bu cirkin sıyaset təhlükəli şəkildə Güney Azərbaycanın ekoloji dağıdılması mərhələsinə qədəm qoyub, o cümlədən Urmu gölünün qurudulması baş tütmaqda dir.

Keçən on ildə (2004-2014) azərbaycanlılar öz etiraz mitinqlərində gölə butulka su tökmək və ya insanları göz yaşları ilə gölü doldurmağa dəvət etmək kimi müxtəlif simvollardan istifadə ediblər “ Gəlin gedek agliyaq – Urmu goluin dolduraq". Ölməkdə olan Urmu gölünü xilas etmək üçün sosial şəbəkələrdə yayımlanan etirazın başqa bir simvolu da ana dilində Azərbaycan türkcəsində yayilan bir video kilipdir ki, bir genc giz deyir: “ Mən Güney Azərbaycanlıyam. Urmu gölünü xilas etmək üçün və ona görə ki (Iran Prezidenti ) Cənab Ruhani Urmiya gölünü xilas etmək vədinə sadiq qalmadı, mən onu duz kovası meydanına çağırıram” deyərək üzərinə duz kovası tökərək bu simvolik etirazı ictimailəşdirdi".


Etnik-milli məsələlər və Urmu gölü

Urmu gölünün taleyi Azərbaycan türkləri üçün milli, sosial və iqtisadi məsələdir və Azərbaycan sivilizasiyasının bir parçası hesab olunur. Təəssüf ki, bu gölün taleyi indi Fars azlığın, müstəmləkəçi rejiminin əlindədir. Təbii ki, bölgə xaricindəki insanlar, xüsusən də Qərb cəmiyyətləri üçün, bu heqiqeti dərk etmək çətindir ki, Urmu gölünün ölümünün arxasında İran- Fars rejiminin irqçi siyasi motivləri mühüm rol oynayır.

İran adli olke çox millətli dir və hər millətin özunə məxsus tarixi torpaqi və ərazisi var. Azi 9 əyalətə bölünən Güney Azərbaycanin tarixi torpağı, 30 milyondan çox Azərbaycan türkünün vətəni dır. Min illik hakimiyyət tarixinə malik olmasina rəğmən, məşrutə inqilabından bəri bir əsrdən artıqdır ki, azərbaycanlılar ən böyük milli qrup kimi İranın indiki coğrafiyasında demokratik hərəkatların dayağı olublar. Onlar İranın avtoritar və müstəmləkə rejimindən müstəqil olaraq öz milli və demokratik hökumətlərini qura bildilər (1945-46). Lakin bu gənc demokratik hökumət soyuq müharibənin və Şərqin və Qərbin böyük dövlətləri arasında sövdələşmənin ilk qurbanı oldu və Məhəmməd Rza şah ordusunun qüvvələri tərəfindən işğal edildi. Birinci mərhələdə Cənubi Azərbaycanın hərbi işğalından sonra mərkəzi Tehran olan fars diktatura rejimi Azərbaycan xalqına qarşı amansız cinayətlər törədib. Əvvəlcə milli hökumətə mensub olanlari edam etdilər, minlərlə günahsız insanı qətlə yetirdilər, türkcə yazildiğina görə məktəb kitablarını yandırdilar, minleərceə insani həbs edib, kütləvi sürgün və köç etməyə məcbur etdilər.Ardınca sistemli və məcburi assimilyasiya, bütün məktəblərdə, idarələrdə, məhkəmələrdə ana dilindən istifadəni qadağan edərək, onun yerinə fars dilini təhmil etdilər.

İqtisadi işlərdə milli hökumət tərəfdarlarının iş və sənaye mərkəzlərini bağlayıb müsadirə etməklə və İranın tarixen birinci və o vaxta qədər ikinci iqtisadi qütbü olan Güney Azərbaycan bölgələrinə böyük investisiyaların qarşısını almaq nəticəsində yoxsulluq kök saldı və ölkənin yoxsul və ilk miqrant bölgəsinə çevrildi. Bu proses İranın indiki fars merkezli, rejimində daha da sürətlənib və o dərəcədə institutlaşdırılıb ki, Amerika Saddam rejimini yixabdan sonra(2003), Iran hakimiyyət bascilarinin bir gizli toplantısinda Cənubi Azərbaycanda böyük sərmayə yatirma haqqında sonrana verilən cavab sızdırılıb ve ifsa olundi. Ayətullah Ali Xameneinin hazırkı müşaviri, İranın keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti etiraf edib ki, “Azərbaycan birinci və ya sonuncu dəfə (gec-tez) İrandan ayrılacaq və mən bu vilayətlərə sərmayə qoymağı sistem üçün yaxşı hesab etmirəm ".

Son on illerdə Azerbaycanda milli tələblərin artması və müstəqillik hərəkatının yüksəlişi səbəbindən rejimin irqçi siyasətlərinin tətbiqi də artıb.


Urmu gölünün dağıdılması

Urmu gölünün dağıdılmasına 80-cı illərin sonlarında gölün ortasında 16 km avtomobil yolu və 1,5 km körpünün tikintisi ilə başlanmışdır. Bu infrastruktur gölü təqribən iki bərabər hissəyə ayırır və suyun bir yarısından digər yarısına axınını azaldır. Bundan əlavə, göldə suyun təbii dövriyyəsinin qarşısını alır və suyun həddindən artıq duzluluğunun artmasına səbəb olur. Amma ən dağıdıcı amil 99 bəndin tikintisidir ki, onlardan 39-u Urmu gölünün suyunu təmin edən 13 əsas çayın yatağındadır. Qeyd edək ki, bəndlərin suyundan faydalananlar yerli əkinçilər deyil, İran rejimi " Sepah" komandirlərinin nəzarətində olan şirkətlər olub. Bu gölün 32 milyard kubmetr suyu var idi (1974-95). Hazirda (2014 Auqust) onun cəmi 2 milyard kubmetr suyu var və su həcminin demək olar ki, 95%-ni itirir. Gölün orta səviyyəsi illər arasında (1971-95) təxminən 6100 km idi. Habelə, gölün 13 həyat xəttini (əsas çaylarını) kəsərək, 2014-cü ilin avqust ayına kimi ilkin sahəsinin ölçüsünün 85-90%-ni itirib.Rəsmi Tehran gölün qurumasının səbəbini tamamilə qlobal iqlim dəyişikliyi və quraqlıqdan irəli sürür, lakin elmi və sənədli araşdırmalar belə təsirlərin 5%-dən azını göstərir.

Məsələn, Türkiyədən cəmi 150 km məsafədə yerləşən Van gölünün eyni müddət ərzində suyun səviyyəsində və ölçüsündə heç bir azalma olmayıb. Birləşmiş Millətlər Təşkilatının ətraf mühit üzrə ekspertləri quraqlığın təsirinin cüzi olduğunu və İran hökuməti tərəfindən qoruma idarə oluna biləcəyini bildiriblər.

Lakin Azərbaycan xalqı Urmu gölünün xilası üçün İran hökumətindən heç bir ciddi cəhd gözləmir,. Çünki onlar hesab edirlər ki, İran rejiminin Urmu gölünü qurutmasi üçün gizli məqsədi var və o, Azərbaycan türklərini öz tarixi torpaqlarından qovaraq, onun yerinə İraqlı mühacir kürdləri məskunlaşdirib, onlara yerli adina kimliklər verib, əhalinin tərkibini dəyişdirmək üçün panfarsizmin irqçi layihəsini həyata keçirməkdir. Nəhayət, Azərbaycanla Türkiyə sərhədində iki qardaş xalq arasında divar kimi sədd çəkəcək dir. Şübhəsiz ki, bu çirkin hərəkət fars rejiminin kürd xalqına dəstəyi deyil, əksinə, qeyri-fars millətlər arasında gərginlik yaradmaq və bütün bu hərəkatları zəiflətmək məqsədi daşıyır. Eyni siyasət Əhvaz əyalətində də sürətlə həyata keçirilir.

Həmçinin Azərbaycan fəalları arasında gölün altından lityum ve uranyum axtarışında rejimin gizli nüvə ambisiyalarının yeri olan Urmu gölündən yüksələn şoranlığın hərbiləşdirilməsi və duzlu torpaqların zəhərli maddələrin zibilxanasına çevrilməsi ilə bağlı fərziyyələr var.

Digər tərəfdən, Tehran rejiminin Urmu gölünü xilas etməməkdə məqsədyönlü olduğu çox açıqdır. Onlar Xəzər dənizindən, Karun çayından və Ərəb körfəzindən İranın mərkəzindəki Fars səhra ərazilərinə su kanalları çəkmək üçün milyonlar dollar xərclədikləri halda, Urmu gölünü xilas etmək üçün sadəcə boş vədlərlə kifayətlənirlər. Rejim məmurları tərəfindən Urmu gölünü xilas etməkdən, külli miqdarda pul ayırmaqdan, hətta İranla ümumiyyətlə ümumi sərhədi olmayan Gürcüstan Respublikasından su gətirmək üçün qalmaqallı planlar hazırlamaqdan mübahahisə edən saysız-hesabsız seminarlar keçirilir! Amma praktiki olaraq gölün bərpası üçün heç bir tədbir görülməyib və bərpasına heç bir vəsait xərclənməyib. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) Urmu gölünün ekoloji problemlərinin həlli üçün İrana 135 milyon dollar ayırdı, lakin bu pul da yoxa çıxıdi.

Urmu gölü indi duz səhrasına çevrilib və onun qalan kiçik hissəsində çox duzlu və çirkli su var. Hazırda Urmu gölünün quruması bölgənin iqlimini praktiki olaraq dəyişib. Mütəxəssislərin fikrincə, 10 milyard kubmetrdən çox duz bölgəyə yayılacaq ki, bu da ətraf mühit, kənd təsərrüfatı, dolanışıq və insan sağlamlığı fəlakətinə səbəb olacaq. Bölgə boyu başlayan duz fırtınası təkcə gölün ətrafındakı 6 milyon insanın sağlamlığını və varlığını deyil, digər ərazilərdəki milyonlarla insanın həyatını da təhlükə altına qoyur.


Image result for lake urmia protest

 

Xəbərdarlıq və İctimai Etirazlar

Ekoloji ekspertlərin ilkin xəbərdarlığına İranin Fars müstəmləkəçi rejimi heç bir əhəmiyyət veməyib. Lakin, 2006-cı ildə Azərbaycan xalqının ictimai etirazları İranin siyasi səhnəsini təşvişə salib və hökumətin reaksiyasina sebeb oldu. Rejim ört-basdır etməyə cəhd etdi amma bacara bilmedi. Kütləvi etirazlar müxtəlif formalarda və sivil şəkildə davam etdi. Milli fəalların ifşaedici çıxışlari hökumətin Urmu gölünün mühafizəsi ilə bağlı səhlənkarlığını üzə cixardilar. Gölə bir şüşə su tökmək və “Urmu gölü susuzdi” şüarı kimi simvolik hərəkətlər, rejim tərəfindən təhlükəsizlik xəbərdarlığı və şiddətli repressiyalarla siyasi-təhlükəsizlik forması aldı. Yalnız bir halda 150-dən çox adam həbs edilib, onlardan bəziləri uzun müddətə azadlıqdan məhrum edilib.


Bir il sonra Təbrizdə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günündə daha bir böyük nümayiş keçirildi və bunun sonunda 70-dən çox etirazçı həbs olundu. 2013-cü ilin sentyabrında İran parlamenti gölün bərpasını müzakirə etmək üçün iki fövqəladə qanun layihəsini ləğv etdikdən sonra Təbriz və Urmulı minlərlə insan, Fars azlıq hökuməti tərəfindən Urmu gölünün qəsdən qurudulmasına qarşı kütləvi nümayiş təşkil etdi. Etirazçılar " Urmu gölü can verir – Iran onun qətlinə fərman verir” kimi şüarlar səsləndirib və o zamankı prezident Əhmədinejada ünvanlanmış :“Cənab Əhmədinejad, Urmu gölünün böhranı İranın Nüvə Böhranından daha az əhəmiyyət kəsb edir?” Hökumət agentləri zorakı hücumla iki etirazçını öldürüb, çoxlu insanı yaralayıb ve onlarla milli fəalli həbs ediblər. Eyni zamanda Avropa və Şimali Amerikada yaşayan azərbaycanlılar da etiraz aksiyaları keçiriblər.


2013-ci ilin iyununda keçirilən prezident seçkiləri zamanı Həsən Ruhani Urmiya gölünün xilası üçün lazımi tədbirlər görəcəyinə söz vermişdi. Amma 5 illik prezidentliyindən sonra nəinki gölün xilası üçün heç bir iş görmədi, həm də vədinin əksinə olaraq, bəndlərin tikintisi davam etdi və iki böyük çayın üzərində daha iki bənd tikildi və Urmu gölünə gedən suyun qarşısını tamamilə kəsdi. Xalq etirazları və təpkilərinin davam etməsi, ilk dəfə olaraq Iran məclisində olan xeyli sayda azərbaycanlı nümayəndələrini cəlb edib. İran parlamentinin Türk fraksiyasının 115 üzvü Ruhani hökuməti tərəfindən gölün bərpa edilməməsinə etiraz olaraq prezidenti sorğu-sual etmək və impiçment elan etmək üçün bəyanatla çıxış edərək parlament sədrinin və Ruhani tərəfdarlarının müdaxilələri ilə üzləşdiklərini bildiriblər.

 

Urmu gölünü xilas etmək üçün beynəlxalq ekspertlər tərəfindən təklif olunan həllər

İran hökumət rəsmilərinin rəyinin əksinə olaraq beynəlxalq ekoloji ekspertlər Urmu gölünün qurumasının iqlim dəyişikliyi və quraqlıqla heç bir əlaqəsi olmadığını düşünürlər. Bu fəlakət daha çox onilliklər ərzində ətraf mühitə etinasızlıq, keçid yol və körpünün tikintisi, həddən artıq bəndlərin virlmasi və yeraltı suların və çayların nəzarətsiz çıxarılması ilə bağlı idi. Gölü xilas etmək üçün təklif olunan həll yollarına qonşu su hövzələrindən suyun ötürülməsi, çoxlu sayda bəndlərin götürülməsi, Zab çayından, Xəzər dənizindən gətirilməsi suyun gətirilməsi və kənd təsərrüfatının suvarılması və ekosistemin qorunması üçün kompleks su idarəetmə proqramının həyata keçirilməsi daxildir.

Yaponiya hökuməti və bəzi Avropa ölkələri Urmu gölünü xilas etməyə hazır olduqlarını bəyan ediblər. 2014-cü ilin may ayında Birləşmiş Millətlər Təşkilatının nümayəndəsi Gari Luis Yaponiyanın Urmu gölü böhranının həlli üçün bir milyon dollarlıq yardımın imzalanması mərasimində demişdi: “Elmi sübutlar Urmu gölü hövzəsinə daxil olan suyun çox hissəsinin hələ də təbii su ilə ola biləcəyini göstərir. Gölə təbii şəkildə su axmasına icazə verdi halda - onu yenidən doldurmaq olar və kənd təsərrüfatını və sənayeni qidalandırmaq üçün kifayət qədər su təmin etmek olar" əslində "bu tarazlıq məsələsidir, bu  problemi həll etmək olar." O, həmçinin qiyd etdiki “bu problemi elm və təcrübə balansı əsasında həll etmək olar” dedi. Ona görə də əgər vicdan varsa, İran hökuməti rəsmi və dağıdıcı siyasətini dəyişməlidir”.

Bununla belə, İran hökuməti Urmu gölünü xilas etməyin qeyri-mümkün olduğuna inandırmağa çalışan rəsmi təbliğat xəttini aparmağa davam edir.  2014-cü ilin iyununda İran məclisının iclaslarının birində Tehrandan olan bir millət vəkili demişdi: “Urmu gölü öldü, pulumuzu ona sərf etməməliyik, Bunun əksinə gölün ətrafındakı yerli insanlara kömək etməliyik, bir az pul verməliyik ki, başqa əyalətlərə köçsünlər." Bu onu göstərir ki, hazırda İran adli ölkədə etnik təmizləmə yeni formasında baş verir. Keçmiş Sovet İttifaqının totalitar və kommunist rejimi   dağılana qədər (1991) Rus kommunit müstəmləkəçi reijmi Qazaxıstan və Özbəkistanda. Aral dənizinin ölümünü elan etmək üçün eyini siyasəti tətbiq etmişdi.

Lakin Sovet hökumətinin bu fəlakətli və xain siyasəti müstəqil və milli Qazaxıstan hökuməti tərəfindən Aral gölünün ümid və dirçəldilməsi siyasətinə çevrildi. Milli və müstəqil hökumətin yüksək rəhbərliyi müasir elmi layihələr yaratmaqla Aral gölünün yarısını dirçəltməyə nail olmuşlar. Bir neçə il kimi qısa müddətdə su və balıqlar öz dənizlərinə, insanlar isə sahilyanı şəhərlərinə, normal hayat və yaşayış yerlərinə qayıtmışdırlar.

Uğurlu qlobal nümunələrə baxmayaraq, İran rejimi beynəlxalq ekspertlərin Urmu gölünü xilas etmək üçün təklif etdiyi planlara məhəl qoymur. Müxtəlif hiylələrlə digər ölkələrin xilasetmə planlarının həyata keçirilməsinə və texniki yardıma girişinin və birbaşa iştirakının qarşısını almışdır. Hətta bəzən İran hökuməti bəzi ölkələrin ekoloji təşkilatlarını çaşdırmağa və susdurmağa müvəffəq olmuşdir. Digər tərəfdən, Urmu gölün məhv edilməsi ilə bağlı, İran rejiminin gizli siyasəti, dövlət rəsmiləri tərəfindən uydurucu formada əslandırılır. Bir tərəfdən gölün ölümünü tərənnüm edib "Urmu glünün işi bitdi" söyləyirlər, digər tərəfdən timsah göz yaşları tökməklə məşğuldurlar. Bu dəfə xalqın xilaskarı kimi məsləhət görürlər ki, “Azərbaycan xalqı regionda duz fırtınası, münbit torpaq olmaması, görmə, nəfəs almağın yayılması səbəbindən yaşamağa davam edə bilməyəcək, ürək və ağciyər və müxtəlif dəri xəstəlikləri var və onlar köç etməlidirlər.

Digər tərəfdən, Urmu gölün məhv edilməsi ilə bağlı, İran rejiminin gizli siyasəti, dövlət rəsmiləri tərəfindən uydurucu formada əslandırılır. Bir tərəfdən gölün ölümünü tərənnüm edib "Urmu glünün işi bitdi" söyləyirlər, digər tərəfdən timsah göz yaşları tökməklə məşğuldurlar. Bu dəfə xalqın xilaskarı kimi məsləhət görürlər ki, “Azərbaycan xalqı regionda duz fırtınası, münbit torpaq olmaması, görmə, nəfəs almağın yayılması səbəbindən yaşamağa davam edə bilməyəcək, ürək və ağciyər və müxtəlif dəri xəstəlikləri var və onlar məcburi köç etməlidirlər. Hökumət rəsmiləri, 5 milyondan artıq əhalinin Azərbaycandan Mərkəzi Quru Yaylaya necə köçürülməsinə hazırlaşmalıdırlar".

Problemi həll etmək üçün gölün ölümünün mədhiyyəsini oxudular və dərsliklərdə Urmu gölünü coğrafi xəritədən çıxardılar. Və bu dağıntılar təkcə Fars azlıq rejimindən deyil, rejimin Fars müxalifət quruplarida, müxtəlif formalarda o cümlədən, azərbaycanlıların etirazlarını dəstəkləməmək, xəbərlərini boykot etmək və onların Azərbaycana qarşı rejimlə eyni yöndə və cibhdəsi durmasidir. Bu, bir daha sübut edir ki, Azərbaycan millətinin kimliyinin və varlığının məhv edilməsinə gəldikdə, panfars nifrəti o qədər dərindir ki, İranın yalançi demokratları, müxalifəti həmisə bu cinayətkar rejimin və İslam İnqilabı Keşikçiləri Korpusunun yanında olublar. 


Image result for lake urmia

Son söz

Urmugölünün taleyi onun ətrafındakı geniş ərazilərdə yaşayan insanların həyatı ilə bağlıdır. Əslində Güney Azərbaycanın varlığı ondan asılıdır. Azərbaycan Türk milleti hesab edir ki, son 20 ildə gölün qurudulmasını planlaşdıran və mərhələli şəkildə həyata keçirən İran rejimidir. Bu arada Azərbaycan xalqının ekoloji tələbləri, geniş və davamlı vətəndaş etirazları fars rejiminin təhlükəsizlik qüvvələrinin sərt repressiyaları ilə üzləşib. Belə çətin vəziyyətdə, Güney Azərbaycan xalqı öz səsini müxtəlif yollarla dünya icmasina çatdırıb. Təəssüflər olsun ki, bəzi əcnəbi hökumət rəsmiləri bu fəlakəti yanlış və qeyri-siyasi başa düşdüyündən, rejimin aldatmaları ilə onların əməli dəstəyi hədəfə çatmadı. Urmiya gölünü bu ekoloji fəlakətdən xilas etmək üçün tam əminliklə dünyaya bəyan edirlər ki, Azərbaycanın müqəddəs incisi olan Urmu gölünün əslində İranın Fars hökumətinin düşünülmüş siyasəti ucbatından qətlə yetirilməsidir. 

Rejimin gizli məqsədi həmin bölgənin əhalisinin mütləq əksəriyyətini təşkil edən Azərbaycan türk millətini, öz doğma yurdundlaindan köçürərək, onun yerinə Iraq Kürd qacqinlarini qoyaraq bölgənin demoqrafik strukturunu dəyişdirmək mənasına gələn irqçi panfarsizm layihəsini həyata keçirməkdir. Bu isə bir millət üçün ən böyük xəbərdarlığıdır ki, öz torpağının bir hissəsini, min illərdir yaşadıqları torpağı məhv etmək təhlükəsinin qarşisini almadaq üçün necə mübarizə aparmalıdir. 

August 25, 2014

  ..................*****.................. 


 Yazinin ingiliscə versiyasi: 
  Yazinin Farsca versyasi

Video:  Cənnət baqi dəqiqə 37- 45 də
Azerbaycanin məhv etməsini istəyəAli Akbar Vilayeti dən bir səndli itiraf:

به عبارت دیگر « دیر یا زود آزربایجان از ایران جدا خواهد شد و نباید بودجه کشور را برای سرمایه گذاریهای کلان و کلیدی در آنجا به هدر بدهیم»